...

İraqda Akkas qaz yatağına edilmiş hücum nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə oğurlanıb

Hadisə Materials 2 Aprel 2013 04:31 (UTC +04:00)
İraqın Anbar vilayətində Akkas qaz yatağına edilmiş hücum nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə oğurlanıb. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, qaz yatağının istismarı ilə "Korea Gas Company" məşğuldur.
İraqda Akkas qaz yatağına edilmiş hücum nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə oğurlanıb

Azərbaycan, Bakı, 2 aprel /Trend/

İraqın Anbar vilayətində Akkas qaz yatağına edilmiş hücum nəticəsində 4 nəfər ölüb, 2 nəfər isə oğurlanıb. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, qaz yatağının istismarı ilə "Korea Gas Company" məşğuldur.

Məlumatda deyilir ki, hücumdan zərər çəkənlərin hamısı iraqlı olub. Lakin hücuma görə məsuliyyəti heç kəs üzərinə götürməyib.

Qeyd edək ki, Akkas yatağı İraqla Suriyanın sərhəddində yerləşir. Hazırki vəziyyətdə yataq işləmir. Qazın daxili tələbatlar üçün istifadə edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti