...

Qubada bir nəfər “Mercedes”in qurbanı olub

Hadisə Materials 2 Aprel 2013 13:31 (UTC +04:00)
Quba rayonu ərazisində "Mercedes C-180" markalı avtomaşınla piyada vurulub.
Qubada bir nəfər “Mercedes”in qurbanı olub

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Quba rayonu ərazisində "Mercedes C-180" markalı avtomaşınla piyada vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 1-də saat 17:00 radələrində Quba rayonunun Timiryazev qəsəbəsi ərazisində Zərdabi kənd sakini İlqar Şıxbabayev idarə etdiyi "Mercedes C-180" markalı avtomaşınla yolu keçən qəsəbə sakini Həbibulla Kərimovu vurub.

Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti