...

Azərbaycanda narkotiki gömrük işçisinə satarkən iki nəfər yaxalanıb

Hadisə Materials 2 Aprel 2013 13:49 (UTC +04:00)
Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ölkə ərazisində realizə olunacağı barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilib.
Azərbaycanda narkotiki gömrük işçisinə satarkən iki nəfər yaxalanıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitənin ölkə ərazisində realizə olunacağı barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uğurla gerçəkləşdirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitənin alqı-satqısını həyata keçirmək üçün Lənkəran şəhərinə gəlmiş Orucov Sərdar Orucəli oğlu və Abbasov Emin Mirdavud oğlu özləri ilə gətirdikləri 1 ədəd idman çantasının içərisində 10 ədəd polietilen bağlamada olan külli miqdarda, ümumi xalis çəkisi 9 kiloqram 980 qram narkotik vasitə olan həşiş qətranını şərti alıcı qismində Dövlət Gömrük Komitəsinin əməkdaşına satmaq istəyərkən saxlanılıb və keçirilmiş baxış zamanı çantadan həmin narkotik vasitələr aşkar edilərək götürülüb. DGK İstintaq İdarəsində qeyd olunan faktla bağlı cinayət işi başlanıb.

Beləliklə, 9 kiloqram 980 qram narkotik vasitə olan həşiş qətranını satmaq istəyən Orucov Sərdar Orucəli oğlu və Abbasov Emin Mirdavud oğlu şübhəli şəxs qismində saxlanılıb, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və Yasamal Rayon Məhkəməsi tərəfindən barələrində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti