...

Gürcüstanda azərbaycanlı minaya düşüb

Hadisə Materials 2 Aprel 2013 15:36 (UTC +04:00)
Gürcüstan-Azərbaycan sərhədi ərazisində partlayış baş verib.
Gürcüstanda azərbaycanlı minaya düşüb

Gürcüstan, Tbilisi, 2 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan-Azərbaycan sərhədi ərazisində partlayış baş verib.

Trend-in çərşənbə axşamı Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Kirəç-Muğanlı kəndinin sakini Sərxan Musayev minaya düşüb.

O, Rustavi şəhərindəki xəstəxanaya çatdırılıb və orada onun ayağı amputasiya edilib. Musayevin həyatı üçün təhlükə yoxdur, lakin o, ağır vəziyyətdədir.

Polis partlayış yerini əhatəyə alıb və kriminal araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti