...

Masallıda bir nəfər özünü güllələyərək intihar edib

Hadisə Materials 3 Aprel 2013 15:02 (UTC +04:00)
Ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirmiş Masallı rayon sakini xəstəxanada ölüb.
Masallıda bir nəfər özünü güllələyərək intihar edib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirmiş Masallı rayon sakini xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 2-də Masallı rayonunun Şərəfə kəndində yaşayan Röyal Həsənov ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib və aldığı xəsarətdən xəstəxanada ölüb.

Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

İlkin yoxlama Masallı Rayon Prokurorluğu tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti