...

“Facebook” istifadəçilərini yeni təhlükəli virus hədələyir

Hadisə Materials 4 Aprel 2013 12:49 (UTC +04:00)
Dünyanın ən populyar sosial şəbəkəsi olan “Facebook”da yeni virus yayılıb.
“Facebook” istifadəçilərini yeni təhlükəli virus hədələyir

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E. Tanrıverdiyev/

Dünyanın ən populyar sosial şəbəkəsi olan "Facebook"da yeni virus yayılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "İTAR-TASS" agentliyi xəbər yayıb.

Şirkətinin mütəxəssisləri istifadəçilərin adından yayılan virus xarakterli paylaşımların qarşısını almaq üçün tədbirlər görürlər. Virus istifadəçilərin bütün dostlarına göndərlir ki, bu da onun sosial şəbəkədə sürətlə yayılmasına gətirib çıxarır.

Əgər istifadəçilər həmin keçidə daxil olarlarsa, onların da kompyuteri virusa yoluxacaq.

Mütəxəsislər istifadəçilərin həmin məlumatları açmadan silmələrini məsləhət görürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti