...

Bakıda "VAZ-2106" asfalt hamarlayan maşına çırpılıb

Hadisə Materials 4 Aprel 2013 12:48 (UTC +04:00)
Bakıda "VAZ-2106" markalı avtomaşın asfalt hamarlayan maşına çırpılıb, ölən və xəsarət alan var.
Bakıda "VAZ-2106" asfalt hamarlayan maşına çırpılıb

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda "VAZ-2106" markalı avtomaşın asfalt hamarlayan maşına çırpılıb, ölən və xəsarət alan var.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 3-də saat 03.20 radələrində Xəzər rayonu Şüvəlan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Ağabala Ağayev idarə etdiyi "VAZ-2106" markalı avtomaşını yolun kənarında saxlanılmış asfalt hamarlayan maşına vurub. Nəticədə A.Ağayev hadisə yerində ölüb, xəsarət almış sərnişini - Bakı şəhər sakini Aqşin Məmmədov isə xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti