...

Gəncədə silah-sursat tapılıb

Hadisə Materials 4 Aprel 2013 13:09 (UTC +04:00)
Gəncə şəhəri ərazisindən hərbi sursat tapılıb.
Gəncədə silah-sursat tapılıb

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

Gəncə şəhəri ərazisindən hərbi sursat tapılıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi mlumatına istinadən xəbər verir ki, Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsi əməkdaşları şəhər ərazisində 1 ədəd "AK-74" markalı silahı, 8 ədəd qumbaranı, 20 ədəd dinamiti, 12 ədəd fişəngi, 641 ədəd müxtəlif çaplı patronu və 16 ədəd güllə darağı tapıblar.

Tapılmış silah-sursat Gəncə Şəhər Baş Polis İdarəsinə təhvil verilib. Hazırda faktla bağlı idarədə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti