...

Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Hadisə Materials 4 Aprel 2013 22:58 (UTC +04:00)
Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Məlumatda deyilir ki, Qobustan rayonu, Cəmcəmli kəndi (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və altına yığılmış 1 ton ot bağlamasının 500 kq-ı yanıb.

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Zakatala rayonu, Əliabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Siyəzən rayonu, Bakı-Quba yolunda "HOVA" markalı yük avtomobilinin sol arxa təkərləri (4 ədəd) yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti