...

DİN Ağdaşda polis əməkdaşının özünü öldürməsinə aydınlıq gətirib

Hadisə Materials 5 Aprel 2013 13:47 (UTC +04:00)
Ağdaş rayonu ərazisində Ağdaş Rayon Polis Şöbəsinin məzuniyyətdə olan əməkdaşı Z.Cavadov ov tüfəngindən atəş açaraq özünü öldürüb.
DİN Ağdaşda polis əməkdaşının özünü öldürməsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İzzət/

Ağdaş rayonu ərazisində Ağdaş Rayon Polis Şöbəsinin məzuniyyətdə olan əməkdaşı Z.Cavadov ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 4-də Ağdaş rayonunun Kotanarx kəndi ərazisində "Türyançay" çayının sahilində, Ağdaş Rayon Polis Şöbəsinin məzuniyyətdə olan əməkdaşı, polis çavuşu Zöhrab Cavadov atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb.

Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

İlkin yoxlama Ağdaş Rayon Prokurorluğu tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti