...

Lənkəranda piyadanı öldürən sürücü hadisə yerindən qaçıb

Hadisə Materials 5 Aprel 2013 16:16 (UTC +04:00)
Lənkəranda piyadanı vuran "Mercedes"in sürücüsü hadisə yerindən qaçaraq gizlənib.
Lənkəranda piyadanı öldürən sürücü hadisə yerindən qaçıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir İ.İzzət/

Lənkəranda piyadanı vuran "Mercedes"in sürücüsü hadisə yerindən qaçaraq gizlənib.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, qəza hadisəsi aprelin 5-i saat 12:20 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun Darquba kənd sakini olan və hazırda Göyşaban kəndində yaşayan 1951-ci il təvəllüdlü Gülüstan Nuriyeva oğlu ilə birgə yolu keçmək istəyərkən sürücüsünün kimliyi hələlik istintaqa məlum olmayan "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Şahidlərin sözlərinə görə, Masallı rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil piyadanı vurduqdan sonra piyadaya ilkin yardım göstərmək əvəzinə hadisə yerindən qaçıb. Baş nahiyəsindən ağır xəsarətlər alan Gülüstan Nuriyeva isə elə hadisə yerindəcə dünyasını dəyişib.

Ərazidə surət həddi saatda 50 km göstərilsə də, avtomobilin sürətinin yüksək olduğu bildirilir.

Qeyd edək ki, dünyasını dəyişən Gülüstan Nuriyeva Göyşaban kənd orta məktəbində xadimə işləyirmiş.

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır. Təyin olunmuş avtotexniki ekspertizanın rəyindən sonra hadisəyə hüquqi qiymət veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti