...

Ağcabədi rayonunda su kanalında batması ehtimal olunan bir nəfərin axtarışı davam edir

Hadisə Materials 7 Aprel 2013 09:29 (UTC +04:00)
Ağcabədi rayonu su kanalında batması ehtimal olunan bir nəfərin axtarışı davam edir. Bu haqda Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilib.
Ağcabədi rayonunda su kanalında batması ehtimal olunan bir nəfərin axtarışı davam edir

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Ağcabədi rayonu su kanalında batması ehtimal olunan bir nəfərin axtarışı davam edir. Trend-in məlumatına görə, bu haqda Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında xəbər verilib.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonu, Avşar kəndi ərazisində 1 nəfərin su kanalında batması ehtimal olunur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

Hazırda dalğıc-xilasedicilər su kanalında axtarış işləri aparırlar.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti