...

Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Hadisə Materials 7 Aprel 2013 17:44 (UTC +04:00)
Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Məlumatda deyilir ki, Qax rayonu, Alatəmir kəndi (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Moskviç" markalı minik avtomobilin yanar hissələri yanıb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın saat 11:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bununla yanaşı, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan beşotaqlı mənzilin 1 otağında 1 ədəd yataq dəsti yanıb.

Mənzil yanğından mühafizə olunub.

Yanğın saat 15:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti