...

Köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas edilib

Hadisə Materials 7 Aprel 2013 17:46 (UTC +04:00)
Köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas edilib. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas edilib

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas edilib. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 15:27-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti