...

Qusarda iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə Materials 8 Aprel 2013 19:47 (UTC +04:00)
Qusar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qusarda iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Qusar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Trend Regional TV-yə istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolununun 180-ci km-də baş vermiş qəzada 2 nəfər xəsarət alıb. 37 yaşlı Qusar şəhər sakini Yalçın Tağıyevin idarə etdiyi "50 BT 825" qeydiyyat nişanlı "VAZ 21 010" markalı nəqliyyat vasitəsi Dağıstan istiqamətində hərəkətdə olarkən, magistrala çıxan 56 yaşlı Xaçmaz rayonunun Yeni Həyat qəsəbə sakini İsrafil Kazımovun idarə etdiyi "28 VA 225" qeydiyyat nişanlı "QAZ 31 10" markalı avtomobillə toqquşub.

Qəza zamanı "VAZ 21 010" markalı avtomobildə olan sərnişinlər - Qusar şəhər sakinləri 62 yaşlı Gülufə Tağıyeva və 28 yaşlı Zərifə Məmmədova müxtəlif dərəcəli xəsarətlər alaraq Qusar MRX-nin cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır.

Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti