...

Xaçmazda yol qəzası baş verib, xəsarət alan olmayıb

Hadisə Materials 9 Aprel 2013 08:58 (UTC +04:00)
Trend Regional TV-yə istinadən xəbər verir ki, gecə saatlarında Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Xaçmazda yol qəzası baş verib, xəsarət alan olmayıb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Trend Regional TV-yə istinadən xəbər verir ki, gecə saatlarında Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin Rəsulzadə və Atatürk küçələrinin kəsişməsində baş verən qəzada "Mercedes" və "Vaz 21 07" markalı avtomobillər toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəzanın "Mercedes" markalı avtomobilin "Stop" nişanına məhəl qoymamasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti