...

Ağdamdakı yanğın ev yiyəsinin ölümü ilə nəticələndi

Hadisə Materials 9 Aprel 2013 13:02 (UTC +04:00)
Evində yanğın olan Ağdam rayon sakini xəstəxanada ölüb.
Ağdamdakı yanğın ev yiyəsinin ölümü ilə nəticələndi

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İ.İzzət/

Evində yanğın olan Ağdam rayon sakini xəstəxanada ölüb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, aprelin 7-də saat 23.55 radələrində Ağdam rayonunun Dörd Yol-1 qəsəbəsi ərazisində Qiyaslı kənd sakini Bəhmən Babayevə məxsus evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanıb.

Yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş Babayev bir gün sonra aprel-in 8-də orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti