...

Şəmkirdə əsən güclü külək ölümlə nəticələnib

Hadisə Materials 9 Aprel 2013 20:50 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Zəyəm qəsəbəsində çinar ağacı “VAZ 21 011” markalı avtomobilin üzərinə aşıb. Bakı-Qazax avtomobil magistralında baş vermiş hadisə nəticəsində "05 BB 836" dövlət nömrə nişanlı avtomobilin sürücüsü Lətif Musa oğlu Mehdiyev idarəetməni itirib və avtomobil dərəyə yuvarlanıb.
Şəmkirdə əsən güclü külək ölümlə nəticələnib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Şəmkirdə əsən güclü külək ölümlə nəticələnib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, rayonun Zəyəm qəsəbəsində çinar ağacı "VAZ 21 011" markalı avtomobilin üzərinə aşıb. Bakı-Qazax avtomobil magistralında baş vermiş hadisə nəticəsində "05 BB 836" dövlət nömrə nişanlı avtomobilin sürücüsü Lətif Musa oğlu Mehdiyev idarəetməni itirib və avtomobil dərəyə yuvarlanıb. Sürücü - 51 yaşlı Ağstafa rayon sakini hadisə yerindəcə dünyasını dəyişib, sərnişin - sürücünün həyat yoldaşı 47 yaşlı Fatmanisə Abbas qızı Mehdiyeva isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Ağacın aşması ilə yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Ancaq polis və FHN əməkdaşlarının müdaxiləsi ilə hərəkət yenidən bərpa olunub.

Hazırda ərazidə leysan xarakterli yağış və güclü külək müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti