...

Avtomobil hərəkətdə olarkən yol kənarındakı ağac onun üzərinə aşıb, ölən var

Hadisə Materials 9 Aprel 2013 22:04 (UTC +04:00)
Bakı–Qazax yolunun 400-cü kilometrliyində Şəmkir rayonu ərazisində 1962-ci il təvəllüdlü Mehdiyev Lətif Musa oğluna məxsus "VAZ" markalı minik avtomobili hərəkətdə olarkən yol kənarındakı ağac onun üzərinə aşıb.
Avtomobil hərəkətdə olarkən yol kənarındakı ağac onun üzərinə aşıb, ölən var

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bakı-Qazax yolunun 400-cü kilometrliyində Şəmkir rayonu ərazisində 1962-ci il təvəllüdlü Mehdiyev Lətif Musa oğluna məxsus "VAZ" markalı minik avtomobili hərəkətdə olarkən yol kənarındakı ağac onun üzərinə aşıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Nəticədə avtomobil idarəetməni itirərək yolun kənarına yuvarlanıb.

Məlumatda deyilir ki, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sürücünün meyitini təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:10-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti