...

"Azərkabel"in rəhbərliyi baş verən yanğının söndürülməsində yanğınsöndürənlərə mane olub

Hadisə Materials 10 Aprel 2013 09:52 (UTC +04:00)
Aprelin 9-da axşam saat 20:15 radələrində Mingəçevirdə "Azərkabel" Açıq Səhmdar Cəmiyyətinin (ASC) istismar müddətini başa vurmuş sexlərinin birində yanğın olub.
"Azərkabel"in rəhbərliyi baş verən yanğının söndürülməsində yanğınsöndürənlərə mane olub

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 9-da axşam saat 20:15 radələrində Mingəçevirdə "Azərkabel" Açıq Səhmdar Cəmiyyətinin (ASC) istismar müddətini başa vurmuş sexlərinin birində yanğın olub.

Trend "Kanal S"-ə istinadən xəbər verir ki, yanğınsöndürənlər ilk dəqiqələrdə zavodun ərazisinə çətinliklə daxil ola biliblər. Yanğının baş alıb getməsinə baxmayaraq, zavodun rəhbərliyi giriş və sex darvazalarının açılmasına icazə verməyib. Lakin Yanğından Mühafizə Bölməsinin şəxsi heyəti darvazaların kilidlərini sındırmaqla zavodun ərazisinə, oradan da yanğın ərazisinə daxil ola biliblər.

Ona qədər isə zavodun ötən əsrin 50-60-cı illərində inşa edilmiş və hazırda sökülməkdə olan 300 kv.m-lik sexinin 50 kv.metri yanıb. Yanğınsöndürənlərin köməyi ilə yanğın 20 dəqiqə ərzində söndürülüb. Sexdə söküntü işləri aparıldığından içəridə taxta, kabel qırıntıları, rezinlər, zibil və digər tullantılar yanıb.

Hadisənin başvermə səbəbləri hələlik məlum olmasa da, onun fəhlələrin çəkdiyi siqaretlərin sönməyən kötüklərindən əmələ gəldiyi ehtimal edilir.

Faktla bağlı Fövqalədə Hallar Nazirliyi Mingəçevir Yanğından Mühafizə Bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti