...

Güclü külək Samuxun elektrik təsərrüfatını iflic edib

Hadisə Materials 10 Aprel 2013 12:04 (UTC +04:00)
Samuxda elektrik enerjisinin verilişi dayandırılıb.
Güclü külək Samuxun elektrik təsərrüfatını iflic edib

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Samuxda elektrik enerjisinin verilişi dayandırılıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, ötən gündən müşayiət olunan qeyri-sabit hava şəraiti Samux rayonunun elektrik təsərrüfatında bir sıra fəsadlar törədib. Rayonun Qarayeri və İnstitut qəsəbələrində, eləcə də Qırmızı Samux kəndində elektrik enerjisinin verilişi məcburi dayandırılıb.

Bu gün səhər saatlarında görülmüş tədbirlər nəticəsində iki yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi bərpa olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Samux Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, günün ikinci yarısınadək rayonun bütün ərazilərində elektrik enerjisinin verilişi tam bərpa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti