...

Keçmiş məhkum qadın Bakıda əxlaqsızlıq yuvası təşkil edirmiş

Hadisə Materials 10 Aprel 2013 13:53 (UTC +04:00)
Bakı şəhər sakininin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Keçmiş məhkum qadın  Bakıda əxlaqsızlıq yuvası təşkil edirmiş

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Bakı şəhər sakininin əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 9-da Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehriban Nəcəfovanın evində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.

Faktla bağlı polis bölməsində araşdırmalar davam etdirilir.

İnsan alveri ilə bağlı digər fakt Biləcəri qəsəbəsində aşkar edilib. Belə ki, qəsəbə sakini qadınları fahişəliyə cəlb etdiyinə və əxlaqsızlıq yuvası təşkil etdiyinə görə də saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 9-da İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləcəri qəsəbə sakini Zeynəb Abjalilova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə və evində əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti