...

Qaxda dülgər sexi tamamilə yanıb

Hadisə Materials 10 Aprel 2013 19:26 (UTC +04:00)
Trend Kanal S-ə istinadən xəbər verir ki, Yanğın günorta saatlarında Qax şəhərində yerləşən dülgər sexlərindən birində baş verib. Belə ki, İbrahimov Tərlan Əlövsət oğluna məxsus ümumi sahəsi 160 kvadratmetr olan dülgər sexi içərisində olan taxta materiallarla birlikdə yanaraq kül olub. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb. Yanğın baş verən vaxt nahar vaxtı olub və sex işçiləri nahar etmək üçün dülgər sexini bağlayaraq evlərinə gediblər.
Qaxda dülgər sexi tamamilə yanıb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Qax rayonunda yanğın baş verib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Yanğın günorta saatlarında Qax şəhərində yerləşən dülgər sexlərindən birində baş verib. Belə ki, İbrahimov Tərlan Əlövsət oğluna məxsus ümumi sahəsi 160 kvadratmetr olan dülgər sexi içərisində olan taxta materiallarla birlikdə yanaraq kül olub. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb. Yanğın baş verən vaxt nahar vaxtı olub və sex işçiləri nahar etmək üçün dülgər sexini bağlayaraq evlərinə gediblər.

Yanğını isə yaxınlıqda yerləşən digər sexlərdə çalışan işçilər görüb və dərhal Qax Yanğından Mühafizə Hissəsinə məlumat verilib. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin dörd yanğınsöndürən maşını və 16 canlı qüvvəsi cəlb olunub. Dülgər sexi tamamilə yansa da, ora bitişik olan palstik materiallar olan anbar, avtomobil təmiri sexi və yaxınlıqda olan evlər yanğından mühafizə olunub.

Yanğının qarşısı yanğın baş verəndən 1 saat yarım sonra, yəni 15:30-da alınıb. Dülgər sexinin sahibi isə yanğın vaxtı orada olmadıqlarını, yanğın zamanı sexdən heç nə çıxara bilmədiklərini söyləyib.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Hadisənin hansı səbəbdən baş verməsi Qax Yanğından Mühafizə Hissəsində aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti