Azərbaycan, Bakı, 11 aprel /Trend/
Trend Regional TV-yə istinadən xəbər verir ki, Quba şəhəri ərazisində bədbəxt hadisə baş verib. 1968-ci il təvəllüdlü Quba rayonunun Amsar kənd sakini Nuxcanov Cavid Abdulla oğlu torpaq uçqunun altında qalaraq dünyasını dəyişib.
O, "Texno Atina" şirkətində fəhlə işləyirdi. Su anbarının tikintisi üçün aparılan qazıntı işləri zamanı qəfildən torpaq uçqunu baş verib və Cavid Nuxcanov torpağın altında qalıb.
Yoldaşları onu torpağın altında çıxararaq Quba MRX-na apararkən yolda dünyasını dəyişib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.