...

Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 11 Aprel 2013 11:57 (UTC +04:00)
Həmin avtomobilin sürücüsü ilə digər avtomobilin sərnişinləri – Lənkəranın Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü İdrak Salman oğlu Paşayev və Osakücə kənd sakini, 1969-cu il təvəllüdlü Arzu Əsəd oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Müalicə-Diaqnostika mərkəzinə yerləşdiriliblər.
Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Azərbaycanın cənub ərazisində yerləşən Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

Lənkəran Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə aprelin 10-da saat 20.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Girdəni kənd sakini, 1990-cı
il təvəllüdlü Sakit Qadir oğlu Bayramovun idarə etdiyi "VAZ-2107" markalı, 42-BM-987 dövlət nömrə nişanlı avtomobil, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Cavanşir Fəyaz oğlu Tahirovun idarə etdiyi "VAZ-21074" markalı, 10-GL-595 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "VAZ-21074"-ün sərnişini, rayonun Vilvan kənd sakini, 1981-ci il təvəllüdlü Qadir Məhərrəməli oğlu Rzayev aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Həmin avtomobilin sürücüsü ilə digər avtomobilin sərnişinləri - Lənkəranın Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü İdrak Salman oğlu Paşayev və Osakücə kənd sakini, 1969-cu il təvəllüdlü Arzu Əsəd oğlu Mirzəyev müxtəlif
dərəcəli bədən xəsarətləri ilə Lənkəran Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti