...

İki balıqçının qayığı aşıb, bir nəfər itkin düşüb

Hadisə Materials 11 Aprel 2013 13:19 (UTC +04:00)
Aprelin 11-nə keçən gecə 2 nəfər Masallı rayonu, Qızılağac kəndi ərazisindən qayıqla dənizə çıxıb, lakin hava küləkli olduğundan qayıq çevrilib.
İki balıqçının qayığı aşıb, bir nəfər itkin düşüb

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 11-nə keçən gecə 2 nəfər Masallı rayonu, Qızılağac kəndi ərazisindən qayıqla dənizə çıxıb, lakin hava küləkli olduğundan qayıq çevrilib.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, qayıqda olan 1979-cü il təvəllüdlü Niyaməddin Mirzəxan oğlu Ağayev üzərək sahilə çıxıb, 1981-ci il təvəllüdlü Elsevər Mehman oğlu Allahverdiyev itkin düşüb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən Allahverdiyevin axtarışları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti