...

Sumqayıtda mənzildə yanğın baş verib, xəsarət alanlar var

Hadisə Materials 13 Aprel 2013 11:12 (UTC +04:00)
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin vanna otağının və dəhlizinin lambirdən ibarət tavanı 18 kv.m sahədə yanıb.
Sumqayıtda mənzildə yanğın baş verib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 13-nə keçən gecə Sumqayıtda mənzildə yanğın baş verib, xəsarət alanlar var.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin vanna otağının və dəhlizinin lambirdən ibarət tavanı 18 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 2 nəfər ev sakini yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb. Yanğın saat 04:50-də söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti