...

Göygöldə avtomobillərin toqquşması ölümlə nəticələndi

Hadisə Materials 13 Aprel 2013 14:07 (UTC +04:00)
Göygöl rayonu ərazisində "VAZ-2107" və "Mercedes" markalı avtomaşınlar toqquşub.
Göygöldə avtomobillərin toqquşması ölümlə nəticələndi

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir İ.İzzət/

Göygöl rayonu ərazisində "VAZ-2107" və "Mercedes" markalı avtomaşınlar toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 12-də saat 17:10 radələrində Göygöl rayonu ərazisində Çingiz Rzayevin idarə etdiyi "VAZ-2107" markalı və Füzuli qəsəbə sakini Tural Alıyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış Rzayev və sərnişini Yalçın Orucov xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Çingiz Rzayev xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi açılıb, Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti