...

İranın Buşəhr əyalətində yenidən zəlzələ baş verib

Hadisə Materials 13 Aprel 2013 14:20 (UTC +04:00)
Bu gün İranın Buşəhr əyalətinin Kaki və Şonbeh şəhərlərində 4,1 bal gücündə zəlzələ baş verib.
İranın Buşəhr əyalətində yenidən zəlzələ baş verib

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Buşəhr əyalətinin Kaki və Şonbeh şəhərlərində 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, zəlzələ nəticəsində Şonbeh şəhəri ətrafındakı dağlarda uçqunlar baş verib və ətrafı toz-torpaq bürüyüb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, aprelin 10-da İranın Buşəhr əyalətinin Kaki şəhərində 6,1 bal gücündə zəlzələ baş vermişdi. Bundan sonra 5 bal gücündə təkrar təkanlar qeydə alınmışdı. Zəlzələ nəticəsində 39 nəfər həlak olmuş, 1000-dən çox şəxs yaralanmışdı. Şonbeh şəhərində 200-dən çox evin 80 faizi tamamilə dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti