...

Üç gün əvvəl dənizdə batan balıqçının meyiti tapıldı

Hadisə Materials 13 Aprel 2013 16:04 (UTC +04:00)
Trend Cənub TV-yə istinadən məlumat verir ki, Masallıda 3 gün bundan əvvəl dənizdə batan balıqçı 32 yaşlı Allahverdiyev Elsevər Mehman oğlunun meyiti tapılıb.
Üç gün əvvəl dənizdə batan balıqçının meyiti tapıldı

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Balıqçının meyiti tapılıb.

Trend Cənub TV-yə istinadən məlumat verir ki, Masallıda 3 gün bundan əvvəl dənizdə batan balıqçı 32 yaşlı Allahverdiyev Elsevər Mehman oğlunun meyiti tapılıb.

Ayın 9-dan 10-na keçən gecə həmkəndlisi və qonşusu 34 yaşlı Ağayev Niyaməddin Mirzəxan oğlu ilə dənizə çıxan Elsəvər Allahverdiyevin güclü külək nəticəsində qayıqları batmışdı. Niyaməddin Ağayev dənizdə 4 saat üzərək sahilə çıxmağa nail olmuşdu. Elə həmin gündən dənizdə qalan 32 yaşlı Elsevərin axtarışları aparılsa da, heç bir nəticə olmamışdı.

Bu gün saat 10:00 radələrində dənizə balıq ovuna çıxan balıqçılar Elsevərin meyitini görüblər. Balıqçılar meyiti götürüb yaxınlarına təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti