...

Güclü külək Şəmkirdə bir sıra fəsadlara yol açıb

Hadisə Materials 13 Aprel 2013 16:11 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Şəmkirdə güclü külək əsən, ardınca isə leysan yağıb. Təbiət hadisəsi rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Üç böyük yaşayış məntəqəsində, eləcə də rayon mərkəzində elektrik dirəkləri aşıb, naqillər yararsız vəziyyətə düşüb, transformatorlar sıradan çıxıb.
Güclü külək Şəmkirdə bir sıra fəsadlara yol açıb

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Güclü külək Şəmkirdə müxtəlif fəsadlara yol açıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Şəmkirdə güclü külək əsən, ardınca isə leysan yağıb. Təbiət hadisəsi rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub. Üç böyük yaşayış məntəqəsində, eləcə də rayon mərkəzində elektrik dirəkləri aşıb, naqillər yararsız vəziyyətə düşüb, transformatorlar sıradan çıxıb.

Bu gün səhər saatlarından başlayaraq "Gəncə Regional Enerji Təchizatı" MMC-nin əməkdaşları problem yaranan ərazilərə səfərbər olunub.

Son məlumata görə, bir kəndə və rayon mərkəzinə elektrik enerjisinin verilişi bərpa olunub. Digər yaşayış məntəqələrində də bu istiqamətdə iş aparılır.

Yaxın 2-3 saat ərzində elektrik enerjisinin verilişindəki məcburi məhdudiyyətlərin aradan qaldırılacağı gözlənilir. Qeyd edək ki, təxminən 10 mənzildə elektrik sayğaclarını ildırım vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti