...

Bakıda yol qəzası baş verib, xəsarət alan var

Hadisə Materials 14 Aprel 2013 07:49 (UTC +04:00)
Bakının Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşub.
Bakıda yol qəzası baş verib, xəsarət alan var

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Bakının Qaradağ rayonunda "VAZ" markalı minik avtomobili və "KAMAZ" markalı yük avtomobili toqquşub.

Trendin FHN-in saytına istinadən verdiyi məlumata görə, hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ" markalı minik avtomobilində olan 1 nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti