...

FHN İmişlidə 4 nəfərin həlak olması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 15 Aprel 2013 18:25 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, İmişli rayonu, Ağaməmmədli kəndi ərazisində “VAZ” markalı minik avtomobili “Shacman” markalı yük avtomobili ilə toqquşub. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
FHN İmişlidə 4 nəfərin həlak olması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 15 aprel /Trend/

İmişlidə minik maşını ilə yük avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, İmişli rayonu, Ağaməmmədli kəndi ərazisində "VAZ" markalı minik avtomobili "Shacman" markalı yük avtomobili ilə toqquşub. FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü və 3 nəfər sərnişini ölüb.

Cəsədlər yanğınsöndürən-xilasedicilər və vətəndaşlar tərəfindən deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarılıb və aidiyyəti üzrə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti