...

Azərbaycanda 16 nəfər birdən qızılcaya yoluxub

Hadisə Materials 15 Aprel 2013 22:26 (UTC +04:00)
Trend Kanal S-ə istinadən xəbər verir ki, Şəki Şəhər Qarışıq Tipli Uşaq Evinin 16 yetirməsi xəstəxanaya yerləşdirilib. Rayon Mərkəzi Xəstəxanasının infeksion xəstəliklər şöbəsində müalicə olunan uşaqlardan 14-nün vəziyyəti ağırdır. Uşaqlarda daha çox səpgi və qızdırma əlamətləri özünü göstərir. Hazırda onlar yataq rejimindədir.
Azərbaycanda 16 nəfər birdən qızılcaya yoluxub

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Trend Kanal S-ə istinadən xəbər verir ki, Şəki Şəhər Qarışıq Tipli Uşaq Evinin 16 yetirməsi xəstəxanaya yerləşdirilib. Rayon Mərkəzi Xəstəxanasının infeksion xəstəliklər şöbəsində müalicə olunan uşaqlardan 14-nün vəziyyəti ağırdır. Uşaqlarda daha çox səpgi və qızdırma əlamətləri özünü göstərir. Hazırda onlar yataq rejimindədir.

Bu xəstəlik onlarda aprelin 8-də aşkarlanıb. İki uşağın bu xəsətəliyə yoluxması ilə vəziyyət daha geniş şəkil alıb. Vəziyyəti belə görən uşaq evinin rəhbərliyi digər uşaqların yoluxmaması üçün profilaktik tədbirlər görsə də bu mümkün olmayıb.

Uşaq evinin məlumatına görə, həmin uşaqlar novruz bayramında ailələlərinin yanına gedibmiş. Bu virusa da elə evlərində yoluxublar.

Xəstə uşaqlardan 3-ü bir ailənin üzvüdür. İmkansızlıq ucbatından övladlarını uşaq evinə verməyə məcbur olduğunu bildirən ana, hazırda xəstəxanada uşaqlarının yanında gecələyir. Bu ananın daha 2 övladı həmin təhsil ocağındadı. Onlar bu xəstəliyə yoluxmasalar da, digər mərəzdən əziyyət çəkirlər. Xəstəxanadakı bacı-qardaşlar pis-yaxşı, öz analarının nəvazişini hiss edir. Yoluxan digər uşaqların isə gözləri yol çəkir. Ən azından bu ağır vəziyyətdə valideynlərinin onların yanında olmalarını çox istəyirlər.

Şəki Şəhər Mərkəzi rayon xəstəxanası uşaqların ayağa qalxması üçün lazımı tədbir görür. Bəzi uşaqların vəziyyəti normallaşdığından evə, daha doğrusu uşaq evinə buraxılıb. Qalanların vəziyyəti isə stabil qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti