...

DİN: Türkiyə İstanbulda partlayış törədənlərin axtarışı üçün İnterpola müraciət edib

Hadisə Materials 16 Aprel 2013 16:28 (UTC +04:00)
Türkiyə İstanbulda baş vermiş partlayışda günahkar şəxslərin axtarışı üçün İnterpola müraciət edib.
DİN: Türkiyə İstanbulda partlayış törədənlərin axtarışı üçün İnterpola müraciət edib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə İstanbulda baş vermiş partlayışda günahkar şəxslərin axtarışı üçün İnterpola müraciət edib. Trend-in "TRT Türk" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Müəmmər Gülər deyib.

Nazirin sözlərinə görə, Türkiyə terrorçuların həbs edilməsi üçün bütün zəruri işləri görəcək.

Xatırladaq ki, martın 19-da İstanbulda Ədliyyə Nazirliyi və hakim Ədalət və İnkişaf Partiyasının binalarının yaxınlığında iki partlayış baş vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti