...

Xaçmazda polis əməkdaşını maşın vurdu

Hadisə Materials 17 Aprel 2013 10:25 (UTC +04:00)
Trend Regional TV-yə istinadən xəbər verir ki, gecə saatlarında Xaçmaz şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xaçmaz-Niyazabad kənd yolunda 27 yaşlı Xaçmaz şəhər sakini Ramin Rəhimovu “VAZ 2107” markalı avtomobil vurub.
Xaçmazda polis əməkdaşını maşın vurdu

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Xaçmazda polis əməkdaşını maşın vurdu.

Trend Regional TV-yə istinadən xəbər verir ki, gecə saatlarında Xaçmaz şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xaçmaz-Niyazabad kənd yolunda 27 yaşlı Xaçmaz şəhər sakini Ramin Rəhimovu "VAZ 2107" markalı avtomobil vurub.

O, hadisə şahidlərinin köməkliyi ilə Xaçmaz MRX-nın travmatologiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin orta-stabil olduğu bildirilir.

Qeyd edək ki, Ramin Rəhimov Xaçmaz rayon Polis Şöbəsinin çavuşudur. Hadisə o, xidmət apararkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti