...

Qusar “VAZ” markalı minik avtomobili ağaca çırpılıb

Hadisə Materials 17 Aprel 2013 10:55 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü müxtəlif bədən xəsarətləri alıb.
Qusar “VAZ” markalı minik avtomobili ağaca çırpılıb

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Qusar rayonu, Bədirqala kəndində (rayon mərkəzindən 5 km aralı) "VAZ" markalı minik avtomobili ağaca çırpılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü müxtəlif bədən xəsarətləri alıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla sürücü avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Əməliyyat saat 08:53-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti