...

Salyan sakini həmkəndlisini qətlə yetirib qaçdı

Hadisə Materials 17 Aprel 2013 14:36 (UTC +04:00)
Salyan rayon sakini münaqişə zəminində həmkəndlisini qətlə yetirərək hadisə yerindən qaçıb.
Salyan sakini həmkəndlisini qətlə yetirib qaçdı

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Salyan rayon sakini münaqişə zəminində həmkəndlisini qətlə yetirərək hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 17-də Salyan rayonunun Yeni Uluxanlı kəndində kənd sakini Rüstəm İmanov münaqişə zəminində həmkəndlisi Elmir Nəcəfovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçıb.

İlkin yoxlama Salyan rayon Prokurorluğu, əməliyyat-axtarış tədbirləri isə Salyan Rayon Polis Şöbəsi tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti