...

Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Hadisə Materials 18 Aprel 2013 02:24 (UTC +04:00)
Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında xəbər verilib.
Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib. Trend-in məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında xəbər verilib.

Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 00:28-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti