...

Bakıda “Mercedes” piyadanı vurub öldürdü

Hadisə Materials 18 Aprel 2013 13:46 (UTC +04:00)
Sabunçu rayonundakı yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bakıda “Mercedes” piyadanı vurub öldürdü

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İzzət/

Sabunçu rayonundakı yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, aprelin 18-də saat 02.10 radələrində Sabunçu rayonu Şəhər şossesində Bakı şəhər sakini Səvxan Nazanov idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçən həmyerlisi Sahib Mürsəlovu vurub.

Nəticədə piyada Mürsəlov hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti