...

Polis: Texasdakı partlayış nəticəsində ölənlərin sayı 5-15 nəfərdir

Hadisə Materials 18 Aprel 2013 15:24 (UTC +04:00)
ABŞ-ın Texas ştatında gübrə istehsalı zavodunda partlayış və yanğın nəticəsində həlak olanların sayı 5-15 nəfər təşkil edir, 160 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Polis: Texasdakı partlayış nəticəsində ölənlərin sayı 5-15 nəfərdir

Azərbaycan, Bakı, 18 aprel /Trend/

ABŞ-ın Texas ştatında gübrə istehsalı zavodunda partlayış və yanğın nəticəsində həlak olanların sayı 5-15 nəfər təşkil edir, 160 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə polis serjantı Patrik Suonton jurnalistlərə açıqlamasında bildirib.

"Mən onu deyə bilərəm ki, 5-15 arası insan həlak olub. Ən azı 160 şəxsə xəstəxanada yardım göstərilir", - ABŞ telekanallarında yayımlanan mətbuat konfransında Suonton bildirib.

Onun sözlərinə görə, beş yanğınsöndürən itkin düşmüş hesab olunur. Tüstü insanların sağlamlığı üçün heç bir təhlükə törətmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti