...

Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan 8-i xəstəxanaya yerləşdirilib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 18 Aprel 2013 14:56 (UTC +04:00)
Səbail rayonun Bayıl qəsəbəsində bu gün baş verən qəzada yaralanmış sərnişinlərdən 8-i xəstəxanaya yerləşdirilib.
Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlardan 8-i xəstəxanaya yerləşdirilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İzzət/

Səbail rayonun Bayıl qəsəbəsində bu gün baş verən qəzada yaralanmış sərnişinlərdən 8-i xəstəxanaya yerləşdirilib. Bu barədə Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Yaralılardan digər 2 nəfəri yüngül xəsarət aldığından, ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qeyd edək ki, bu gün Bayıl qəsəbəsində 88 və 147 saylı sərnişin avtobusları toqquşub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti