...

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanından narkotik çıxdı

Hadisə Materials 18 Aprel 2013 15:06 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Rüstəm Ramazanovun üzərində şəxsi yoxlama aparılıb.
İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanından narkotik çıxdı

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İzzət/

İrandan gələn Azərbaycan vətəndaşından 228 qram tiryək aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Rüstəm Ramazanovun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı ondan polietilenə bükülü 2 ədəd, həkim müayinəsi nəticəsində isə daxili orqanından (düz bağırsağından) polietilenə bükülü 1 ədəd bağlama olmaqla, cəmi 3 ədəd bağlamada xalis çəkisi 228 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti