...

Gəncədə məktəb direktorunun vəzifədən uzaqlaşdırılmasına etiraz edən şagirdlər yolu bağladılar

Hadisə Materials 18 Aprel 2013 15:26 (UTC +04:00)
Bu gün günorta saatlarında Gəncə şəhərində 31 saylı orta məktəbin şagirdləri etiraz aksiyası keçiriblər.
Gəncədə məktəb direktorunun vəzifədən uzaqlaşdırılmasına etiraz edən şagirdlər yolu bağladılar

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İzzət/

Bu gün günorta saatlarında Gəncə şəhərində 31 saylı orta məktəbin şagirdləri etiraz aksiyası keçiriblər.

Aksiyanın şahidi olan şəhər sakinlərinin Trend-ə verdiyi məlumata görə, şagirdlər məktəbin yaxınlığından keçən avtomobil yolunu - Nəriman Nərimanov prospektini bağlayıblar.

Şagirdlər təhsil aldıqları məktəbin direktoru Əfran Həsənovun vəzifədən uzaqlaşdırılmasına etiraz edərək onun vəzifəsinə bərpa edilməsini tələb ediblər.

Polislərin müdaxiləsindən sonra şagirdlər yolu açıblar. Hazırda yolda avtomobillərin hərəkəti tam bərpa edilib.

Hadisədən dərhal sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 31 saylı məktəbə gələrək şagirdlərlə söhbət edib, onların problemləri ilə maraqlanıb.

Gəncə şəhər İcra Hakimiyyətindən hadisə ilə bağlı hələki rəsmi məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti