...

Bakıda minik avtomobil yolayrıcı səddə çırpılıb

Hadisə Materials 18 Aprel 2013 23:51 (UTC +04:00)
Bakı şəhəri, Yasamal rayonunda "VAZ" markalı minik avtomobili yolayrıcı səddə çırpılıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bakıda minik avtomobil yolayrıcı səddə çırpılıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bakının Yasamal rayonunda "VAZ" markalı minik avtomobili yolayrıcı səddə çırpılıb.

AR FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü 1990-cı il təvəllüdlü Alxasov İlkin Bəhruz oğlu deformasiyaya uğramış nəqliyyat vasitəsində ölmüşdür.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadnlıqlar vasitəsilə İ.Alxasovun meyitini deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarıb və aidiyyəti üzrə təvil verıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti