...

Bakının Nərimanov rayonunda mənzildə 42 yaşlı kişi meyiti tapılıb

Hadisə Materials 19 Aprel 2013 03:37 (UTC +04:00)
Bakının Nərimaov rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər kişi köməksiz vəziyyətdə qalıb.
Bakının Nərimanov rayonunda mənzildə 42 yaşlı kişi meyiti tapılıb

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Bakının Nərimaov rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər kişi köməksiz vəziyyətdə qalıb.

Dərhal AR FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadnlıqlar vasitəsilə yeddimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin eyvanından 4-cü mərtəbədə yerləşən mənzilin eyvanına enməklə adıçəkilən mənzilə daxil olmuşlar.

Mənzilə baxış keçirilərkən döşəmədə yıxılmış vəziyyətdə aşkarlanmış 1971-ci təvəllüdlü Musayev Rövşən Saday oğlunun meyiti hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti