...

Bakıda zəncirvari ağır yol qəzası baş verib, iki nəfər ölüb, beş nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB 2)(FOTO)

Hadisə Materials 19 Aprel 2013 12:19 (UTC +04:00)
Bakıda bu gün səhər saatlarında Bakı Dairəvi Yolunda baş verən zəncirvari yol qəzası nəticəsində iki nəfər ölüb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bakıda zəncirvari ağır yol qəzası baş verib, iki nəfər ölüb, beş nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB 2)(FOTO)

Təfərrüatlar əlavə olunub (İlk xəbər 9:33-də yayılıb)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Mehdiyev, İ.İzzət/

Bakıda bu gün səhər saatlarında Bakı Dairəvi Yolunda baş verən zəncirvari yol qəzası nəticəsində iki nəfər ölüb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, yol qəzasına səbəb avtomobillərin sürət həddini aşması və avtomobillərdən birinin yolun qarşı tərəfinə çıxması olub. Yol qəzası videokamera vasitəsilə qeydə alınıb, hazırda araşdırma aparılır. Yol qəzasında iştirak edən avtomobillər iki "VAZ" markalı, "Mersedes", "Mitsubishi" və bir mikroavtobus olub.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 4 nəfər qəzada xəsarət alıb və deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobillərdən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Bakıda səhər saatlarında zəncirvari ağır yol qəzası baş verib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından öncə Trend-ə bildiriblər ki, bu gün səhər saatlarında Bakı Dairəvi Yolunda 4-5 maşının toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan üçü hadisə yerindən götürülüb, ikisi isə sonradan xəstəxanaya qəbul edilib.

Məlumata görə, hadisə zamanı xəsarət alanların bəziləri özləri xəstəxanalara gediblər.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, yol qəzası zamanı 6 maşın toqquşub. Buna səbəb avtomobillərdən birinin qarşı yola çıxması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti