...

DİN Bakıda Yeni Dairəvi yolda baş verən yol qəzasında ölən və yaralıların adlarını açıqladı

Hadisə Materials 20 Aprel 2013 14:01 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Yasamal rayonunda Yeni dairəvi yolda baş verən qəza hadisəsi ilə bağlı rəsmi məlumat yaydı.
DİN Bakıda Yeni Dairəvi yolda baş verən yol qəzasında ölən və yaralıların adlarını açıqladı

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyi Yasamal rayonunda Yeni dairəvi yolda baş verən qəza hadisəsi ilə bağlı rəsmi məlumat yaydı.

Trend Daxili İşlər Nazirlyinin rəsmi məlumatına istinadən xəbər verir ki, aprelin 19-da saat 07.15 radələrində Yasamal rayonu Yeni dairəvi yolda Yeni Zellandiya vətəndaşı Harrold David Mackenzıenin idarə etdiyi "Nissan" markalı, Bakı şəhər sakinləri Müslüm Məmmədovun idarə etdiyi "Mitsubishi" markalı, Teymur İmanovun, Hidayət Xəlilovun və Sumqayıt şəhər sakini Samir Nemətovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub.

Nəticədə xəsarət almış Teymur İmanov, sərnişinləri Təhməz İmanov, Azad Həsənov, Leyla Aşurova, Faiq Nəcəfov, habelə H.Xəlilovun sərnişini - oğlu Qüdrət və M.Məmmədovun sərnişini İlkin İsgəndərov xəstəxanaya yerləşdiriliblər.

Teymur İmanov orada ölüb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti