...

Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Hadisə Materials 20 Aprel 2013 21:36 (UTC +04:00)
Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Gün ərzində baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Trend xəbər verir ki, bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Məlumatda deyilir ki, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 162 kv.m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin tüstü bacasının ətrafı 3 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndrülüb.

Həmçinin, Biləsuvar rayonu, Xırmandalı kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 136 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin aynabəndinin tavanı 40 kv.m. sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:31-də yanğınsöndürənlər tərəfindən söndrülüb.

Xəbər lenti

Xəbər lenti