...

Zaqatalada yol qəzası baş verib, 3 piyada xəsarət alıb

Hadisə Materials 21 Aprel 2013 19:13 (UTC +04:00)
Trend Kanal S-ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində qeydə alınıb.
Zaqatalada yol qəzası baş verib, 3 piyada xəsarət alıb

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Trend Kanal S-ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Yuxarı Tala kənd sakini 1995-ci il təvəllüdlü Nəzərov Abdulkərim Cuma oğlu, atası Nəzərov Cuma Abdulkərim oğluna məxsus "Opel" markalı avtomobillə Aşağı Tala kənd sakinləri 1994-cü il təvəllüdlü Mirzəyeva Ramilə Məhərrəm qızını,1964-cü il təvəllüdlü Mirzəyeva Gülgəz Zakir qızını,və 1964-cü il təvəllüdlü Ömərova Sevil Ömər qızını vurub.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alan piyadalar Təcili Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər hər 3 xəstənin vəziyyətini orta stabil qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti